“WhatsApp” “iPhone”un bəzi modellərində işləməyəcək – SİYAHI

“WhatsApp” “iPhone”un bəzi modellərində işləməyəcək – SİYAHI






presstv

"Presstv"az #iPhone, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“WhatsApp” “iPhone”un köhnə modellərinin sahiblərinə təsir edəcək ciddi dəyişikliklərə hazırlaşır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “WABetaInfo” portalında xəbər verilib.

Bildirilib ki, mayın 5-dən etibarən “TestFlight”dakı 25.2.10.72 beta versiyası “iOS 15.1” və daha yeni versiyaları tələb edəcək. Bu o deməkdir ki, “iOS 14” və daha aşağı versiyalarda işləyən “iPhone 6”, “iPhone 6 Plus”, “iPhone 5s” və daha əvvəlki modellərin istifadəçiləri artıq “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

Bu qərar mesajlaşma tətbiqinin tərtibatçıları tərəfindən köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılması ilə əlaqədardır.

Smartfonda əməliyyat sisteminin versiyasını “Parametrlər” – “Ümumi” – “Bu cihaz haqqında” bölməsində öyrənmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv