“TikTok” uğrunda mübarizəyə “Microsoft” da qoşuldu

“TikTok” uğrunda mübarizəyə “Microsoft” da qoşuldu






presstv

"Presstv"az #ABŞ, #ABŞ-Çin münasibətləri, #Ağ Ev, #ByteDance şirkəti, #Çin, #Çin Xalq Respublikası, #Co Bayden, #Donald Tramp, #İlon Mask, #Larri Ellison, #Microsoft, #Microsoft şirkəti, #Oracle korporasiyası, #Tesla, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft” korporasiyası Çinin “ByteDance” korporasiyasına məxsus olan “TikTok”un alınmasına ciddi maraq göstərir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, bu barədə Ağ Evin jurnalistlərinin suallarını cavablandırarkən deyib.

“Mən müsbət cavab verərdim. “TikTok”a böyük maraq var”, – deyən dövlət başçısı digər potensial alıcıların adlarını açıqlamayıb.

Qeyd edək ki, ABŞ administrasiyası “TikTok”un 50% səhminin alınması üçün namizədləri aktiv şəkildə seçir. Əsas favorit kimi “SpaceX”, “Tesla”, “X” şirkətlərinin sahibi İlon Mask və “Oracle” korporasiyasının rəhbəri Larri Ellison göstərilir.

Xatırladaq ki, əvvəlki Prezident Co Bayden 2024-cü ildə “ByteDance”ı 19 yanvara qədər “TikTok”u satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalamışdı. Lakin yanvarın 20-də vəzifəyə başlayan Donald Tramp platformanın ölkədə bloklanmasını təxirə salmaq məqsədi daşıyan fərman imzalayıb. Respublikaçı bəyan edib ki, ABŞ “TikTok”un yarısına sahib olmaq hüququna malik olmalıdır, lakin bunun konkret nə demək olduğunu açıqlamayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv