MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 17 il keçir

MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 17 il keçir






presstv

"Presstv"az #Azərbaycan, #Hadisə, #Heydər Əliyev, #Hərbi Hava Qüvvələri, #MİQ-29 qırıcısı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

presstvaz   xatırladır ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan “MiQ-29” markalı döyüş təyyarəsi sahildən altı kilometr uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla baş verə biləcək daha dəhşətli faciənin qarşısını ala biliblər.

Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən bir ay sonra çıxarmaq mümkün olsa da, Fəxrəddin Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

Bacısı Kəmalə Vahidovanın sözlərinə görə, Əfqanın nəşi 29 gündən sonra tapılıb:

“Təyyarə havaya qalxdığı yerdən xeyli uzaqda, dənizin dibinə çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədə olub. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. Digər pilot – Fəxrəddin Əsgərov isə deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun da bu günədək nə ölüsü, nə dirisi tapılmayıb”.

Qeyd edək ki, hadisədən 14 il sonra Fəxrəddin Əsgərova şəhidlik statusu verilib.

F.Əsgərov 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. O, həm də dövrünün ən çox uçuş saatı olan pilotu olub. Xidmət müddətində, 24 iyun 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə”, 25 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalları ilə təltif olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv