Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb

Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), #Azərbaycan-Türkiyə münasibətləri, #Böyük Qayıdış, #Cengiz İnşaat, #Füzuli, #İşğaldan azad olunmuş ərazilər, #Şuşa, #Türkiyə, #Zabuxçay su anbarı, #Zəfər yolu (Füzuli–Şuşa avtomobil yolu)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin nüfuzlu “Cengiz İnşaat” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bir sıra mühüm layihələri uğurla başa çatdıraraq dövlətimizə təhvil verib.

Şuşa avtomobil yolu, Zəfər yolu və Zabuxçay bəndi kimi strateji əhəmiyyətli layihələr artıq istifadəyə hazırdır.

presstvaz-ın “Milliyet”ə istinadla verdiyi məlumata görə, bu barədə şirkətin layihə meneceri Ekrem Tütüncü bəyan edib.

Onun sözlərinə görə, Şuşa ilə Füzulini birləşdirən Şuşa yolunda “Cengiz İnşaat” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə magistralın 5-ci hissəsinin tikintisini tamamlamaq üçün işləyərək 3 cüt tunel və 3 ikitərəfli aşırımlı viadukun tikintisini başa çatdırıb. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı rayonlarının su tələbatını ödəmək üçün Laçın rayonunda tikilən Zabuxçay bəndi də “Cengiz İnşaat” tərəfindən inşa edilib.

“Zəfər yolundan sonra Şuşa yolu ilə sürətli və təhlükəsiz marşrut təmin etdik. Üç tunel və üç viadukun olduğu bu geniş layihə ilə Azərbaycanda ilk tunel tikintisini biz həyata keçirdik. Qarabağ bölgəsində ilk bənd olan Zabuxçay su anbarını tikdiyimiz və bölgənin kənd təsərrüfatının inkişafı üçün mühüm layihəyə imza atdığımız üçün qürur duyuruq”, – deyə o bildirib.

Ekrem Tütüncü Azərbaycanda layihələr götürməyə və ölkənin inkişafına töhfə verməyə davam edəcəklərini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv