Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində istintaq aparılır

Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində istintaq aparılır






presstv

"Presstv"az #Araşdırma, #Ayşe Barım, #Bergüzar Korel, #Ceyda Düvenci, #Dolunay Soysert, #Gezi Parkı hadisələri, #Haber Global, #Hadisə, #Halit Ergenç, #İstanbul, #Mehmet Günsür, #Nehir Erdoğan, #Nejat İşler, #Rıza Kocaoğlu, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə barəsində “Gezi Park”ı hadisələrinin planlaşdırıcılarından biri olduğu iddiası ilə istintaq aparılan Ayşe Barımın menecerlik etdiyi məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu da polisə çağırılıblar.

presstvaz-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, bu barədə İstanbul Baş Prokurorluğu xəbər yayıb.

Bildirilir ki, Barımın menecerlik etdiyi səkkiz aktyor, o cümlədən Halit Ergenç, Bergüzar Korel, Nehir Erdoğan, Dolunay Soysert, Rıza Kocaoğlu, Mehmet Günsür, Ceyda Düvenci və Nejat İşler şahid qismində ifadə veriblər.

Onların arasında Halit Ergenç və Rıza Kocaoğlu haqqında “yalançı şahidlik” ittihamı ilə istintaq başlanılıb. Belə ki, adıçəkilən aktyorlar müstəntiqlərə “Gezi Parkı” etirazlarına öz iradələri ilə qatıldıqlarını söyləmələrinə baxmayaraq, hadisələr başladığı dövrdə Barım ilə sıx əlaqədə olduqları müəyyən edilib. Bununla yanaşı, onların Barımı qorumaq məqsədilə yalan ifadə verdikləri qənaətinə gəlinib.

Ergenç və Kocaoğlunun o dövrdə Memet Ali Alabora ilə birlikdə aksiyada iştirak etdiklərini iddia etmələrinə baxmayaraq, prokurorluq bu əlaqələrin müəyyən edilməməsi səbəbindən “yalançı şahidlik” araşdırmasına başlayıb.

İstintaqa görə, Ayşe Barım “Gezi Parkı” etirazları başladığı dövrdə müxtəlif aktyorlarla – Halit Ergençlə 12, Selma Ergeçlə səkkiz, Bergüzar Korellə yeddi, Ceyda Düvenci ilə beş, Dolunay Soysertlə 10 və Rıza Kocaoğlu bir dəfə görüşlər keçirib.

Prokurorluq Barımın agentliyindəki aktyorlarla birlikdə etirazlara qatılaraq kütləviliyi artırmağa çalışdığını iddia edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv