Belarusda prezident seçkisi başa çatdı – Lukaşenko qalib gəldi

Belarusda prezident seçkisi başa çatdı – Lukaşenko qalib gəldi






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Belarus, #Belarusda prezident seçkisi, #Mərkəzi Seçki Komissiyası (MSK), #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belarusda keçirilən prezident seçkisində səsvermə başa çatıb.

presstvaz   xəbər verir ki, Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87.6% səslə prezident seçkisində qalib gəlib.

Exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.

Belarus Mərkəzi Seçki Komitəsi səsvermənin ilkin nəticələrini gecə saatlarında açıqlayacaq.

“Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub”.

presstvaz-ın məlumatına görə, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

Belarusda prezident seçkisinin əsas səsvermə günü keçirilir. Bununla əlaqədar ölkədə 5.3 mindən çox məntəqə işə başlayıb.

presstvaz-ın məlumatına görə, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.

Bildirilib ki, təxminən 6.9 milyon seçici 5 325 seçki məntəqəsində səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.

Seçki səsvermə siyahılarına daxil edilmiş seçicilərin yarısından çoxu səs verdikdə baş tutmuş hesab ediləcək.

MSK-nın məlumatına görə, 21-25 yanvar tarixlərində keçirilən erkən səsvermədə seçicilərin 41.81%-i iştirak ediblər. Prezident səsvermədə iştirak edən vətəndaşların yarısından çoxunun səsini aldıqda seçilmiş hesab olunacaq.

Kampaniyanı 44 mindən çox yerli və təxminən 500 beynəlxalq müşahidəçi izləyir.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun seçkidəki rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydakeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyakdır.

2020-ci il prezident seçkisində seçicilərin 84.28%-i səs verib ki, bunların 41.70%-i erkən səsvermədə iştirak edib. Həmin vaxt Lukaşenko səsvermədə iştirak edən vətəndaşların 80.10%-nin səsini qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv