Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu

Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu






presstv

"Presstv"az #Almaniya, #Avstraliya, #Avstraliya Açıq Çempionatı, #Belarus, #Böyük Dəbilqə, #Kişi Tennisçilər Assosiasiyası (ATP), #Tennis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyanın Melburn şəhərinin kortlarında baş tutan tennisçilər arasında mövsümün ilk “Böyük Dəbilqə” (BD) turnirinin qadınlar arasında qalibi məlum olub.

presstvaz   çempionatın rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya Açıq Çempionatının final görüşündə dünyanın birincisi Arina Sabalenka (Belarus) turnirin 19-cu raketkası Medison Kizlə (ABŞ) üz-üzə gəlib.

Əfsanəvi Rod Leyverin adını daşıyan mərkəzi kortda baş tutan görüş Kizin 3 setdə qələbəsi ilə başa çatıb – 2:1 (6:3, 2:6, 7:5). Beləliklə, 29 yaşlı tennisçi karyerasında ilk BD Kubokunu qazanıb.

Qeyd edək ki, Sabalenka Melburnda əvvəlki iki turnirin qalibi olmuşdu və ardıcıl 3-cü qələbəsinə çox yaxın olub.

Xatırladaq ki, turnirin kişi raketka ustaları arasında final görüşü sabah baş tutacaq. Turnirin son qarşıdurmasında dünya reytinqinin ilk iki tennisçisi – italiyalı Yannik Sinner və almaniyalı Aleksandr Zveryev üz-üzə gələcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv