Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır

Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır






presstv

"Presstv"az #Bahalaşma, #Bakı, #Səbail, #Torpaq sahəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Günümüzdə daşınmaz əmlak təkcə mülkiyyət yox, həm də investisiya alətidir. Ölkəmizdə torpaq sahələrinə qoyulan sərmayələri kifayət qədər gəlirli hesab etmək olar.

presstvaz   Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə də əhalinin sayının artması, tikinti sektorunun genişlənməsi Bakı şəhərində boş torpaq sahələrinin get-gedə azalması ilə nəticələnir. Bu da qiymətlərin artmasını şərtləndirir.

Lakin müşahidələr onu göstərir ki, bahalaşma heç də bütün əraziləri əhatə etmir.

Bəs torpaq alqı-satqısından pul qazanmaq üçün hansı amilləri nəzərə almaq lazımdır?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 20 il əvvəllə müqayisə etsək, torpaq sahələrində qiymətlər 20 dəfədən çox artıb:

“Bu baxımdan vətəndaşlar çıxarışı olan torpaq sahələrinə yatırım edərlərsə, bu, onlara daha çox gəlir gətirmiş olar”.

Ekspert çıxarışsız torpağa sərmayə qoymağı tövsiyə etmir. Onun sözlərinə görə, belə əmlaklardan nəinki gəlir əldə etmək, onları satmaq da çətindir. Hazırda Bakı və Abşeron ərazisində ən ucuz torpaq sahələrinə Atyalı qəsəbəsində rast gəlmək mümkündür. Burada torpağın bir sotunu 700 manata almaq olar. Ən yüksək qiymət isə Səbail rayonundadır.

Belə ki, Nizami küçəsinə yaxın yerləşən torpaq sahəsinin sotu 555 min manatdan satışa çıxarılıb. Ümumilikdə 9 sotdan ibarət olan əmlakın cəmi qiyməti 5 milyon manat təşkil edir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv