İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə: “On gündür xəbər yoxdur”

İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə: “On gündür xəbər yoxdur”






presstv

"Presstv"az #Fövqəladə Hallar Nazirliyi (FHN), #Gəmi, #İran, #Lənkəran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.

Mahmud İbayevin qardaşı Rəşad İbayevin sözlərinə görə, qayıq istiqamətini dəyişib və onlar İrana tərəf getmiş ola bilərlər:

“On gündür xəbər yoxdur. Bəlkə də İrana gediblər. Hələlik heç bir xəbər yoxdur. Hava küləkli olsaydı, qayıq batmış ola bilərdi. O vaxt hava dumanlı idi, nə baş verdiyini yalnız Allah bilir”.

Qeyd edək ki, hazırda balıqçıların axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Ətraflı Baku TV-nin süjetində:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv