Cənub-Şərqi Asiyada eynicinsli nikahları tanıyan ilk ölkə: Tailandda qanun qüvvəyə mindi

Cənub-Şərqi Asiyada eynicinsli nikahları tanıyan ilk ölkə: Tailandda qanun qüvvəyə mindi






presstv

"Presstv"az #Sərəncam, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda eynicinslilərin nikahını rəsmiləşdirən qanun qüvvəyə minib.

Bu barədə presstvaz TASS-a istinadən xəbər verir.

Məlumata görə, bununla da Tailand Cənub-Şərqi Asiyada belə nikahların bağlanmasının mümkünlüyünü tanıyan ilk ölkə olub.

Qanunvericilikdə dəyişikliyi nəzərdə tutan fərman 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.

Bu qanun mülki məcəllənin nikah, boşanma, həmçinin ər-arvadın ümumi əmlaka sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələri ilə bağlı bir sıra dəyişiklikləri nəzərdə tutur. Əlavə edilən yeniliklər nəticəsində qüvvədə olan normativ aktın mətnindəki “kişi” və “qadın” sözləri “bir tərəf” və “digər tərəf” kimi dəyişdirilib.

Qeyd edək ki, Tailand hökuməti və parlamenti 2024-cü ildə eynicinsli nikahları tanıyan qanun layihəsini təsdiqləyib və bu qanun “Krallıq qəzeti”ndə dərc olunduqdan 120 gün sonra qanun statusunu qazanıb.

Əvvəlki kabinetlər son bir neçə il ərzində ölkədə eynicinsli birliklərin hüquqi tanınmasının müəyyən formalarını nəzərdən keçiriblər. Lakin “İrəliyə hərəkət” müxalifət partiyasının bu cür nikahları leqallaşdırmaq cəhdi alternativ qanun layihələrinin mövcudluğu, habelə 2023-cü ilin mayında keçirilən və yekununda “Phıa Thai” partiyasının başçılığı ilə hakim koalisiyanın yaradıldığı parlament seçkiləri səbəbindən uğursuz olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv