Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı

Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Qəsdən sağlamlığa zərərvurma, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Asim Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

presstvaz   Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Asim Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Belə ki, “Subtropik” çörək zavodunda sürücü işləmiş Asim Məmmədov idarə etdiyi “Ford Transit” avtomobili ilə yolu keçən qadına yol vermədiyi üçün mübahisə edib. Buna görə zərərçəkmiş Elvin Qafarlı (soyadı şərti) ona haqlı irad tutub. Təqsirləndirilən şəxs isə zərərçəkmişlə mübahisə edib onu nalayiq sözlərlə təhqir edib. Sonra Asim üzərində saxladığı bıçaqla Elvinə xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə endirərək xəsarət yetirib.

Daha sonra Asim Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv