Beyni zədələyən alkoqollu içkilər: Rusiyalı həkimdən XƏBƏRDARLIQ

Beyni zədələyən alkoqollu içkilər: Rusiyalı həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Beyin funksiyaları, #Həkim, #Qocalma, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alkoqol beyin hüceyrələrini zədələyir və onun fəaliyyətinə mənfi təsir göstərir.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı həkim, diyetoloq və nutrisioloq Yevgeni Arzamastsev “Moskva 24” telekanalına müsahibəsində danışıb.

Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilər beyni ciddi şəkildə zədələyir və bununla yanaşı, bütün orqanizmə də mənfi təsir göstərir.

“Alkoqol periodik olaraq içilərsə, bu, zehni qabiliyyətlərin azalmasına və yaddaşın pisləşməsinə səbəb ola bilər”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, alkoqoldan həddindən artıq istifadə qaraciyər sirrozu və ensefalopatiya – beyin funksiyasının pozulması ilə nəticələnə bilər. Həkim vurğulayıb ki, bu halda insan tez və düzgün düşünə bilməz, reallığı düzgün dərk etməz.

Beyni dəstəkləmək üçün mütəxəssis təzə sıxılmış meyvə və tərəvəz şirələri içməyi tövsiyə edib. Çünki onların tərkibində çoxlu vitamin və antioksidantlar var.

Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, beyin qocalmağa meyillidir və şirələrdən alınan maddələr onu mənfi təsirlərdən qorumağa kömək edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv