S.Ə.S serialı “YouTube”dan niyə silindi? – Mehdi Sadiq hər şeyi DANIŞDI

S.Ə.S serialı “YouTube”dan niyə silindi? – Mehdi Sadiq hər şeyi DANIŞDI






presstv

"Presstv"az #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qəlibləşmiş fikir var: bizim camaat ancaq komediyaya baxır. Bu, insanları axmaq yerinə qoymaqdır”.

presstvaz   xəbər verir ki, bu fikirləri Baku TV-nin “Qapqara” verilişində aktyor, ssenarist Mehdi Sadiq deyib.

O, tamaşaçının yaxşı film və seriallar təqdim edildiyi halda görülən işi təqdir edəcəyini və daha yaxşı işlər gürülməsini istəyəcəyini vurğulayıb. Ssenarist çəkdiyi ekran əsərlərinin televiziyalarda yayımlanmaması məsələsinə aydınlıq gətirərkən söyləyib:

“S.Ə.S” serialını televiziya kanallarından biri məndən istədi. Dedilər ki, onsuz da çəkmisən, ver, pulsuz yayımlayaq. Amma heç az məbləğ də olsa, təklif etmədilər. Çəkdiyimiz zəhmətə, xərclədiyimiz pula görə razı olmadıq. Həm də azadlığımızı televiziyadakı senzuraya qurban vermək istəmədik”.

M.Sadiq çəkilişlər zamanı sponsorlarla yaşadığı problemlərdən bəhs edib:

“Sponsorun yanaşması belədir ki, onun istədiyi olsun. Fərqi yoxdur, məhsulu filmdə necə görünəcək. İşlədiyimiz sponsorlardan birinin məkanında çəkiliş etməli idik. İki gün qalmış zəng edib, “elə edə bilərsiniz ki, müdiriyyət də görüntülərdə olsun?” dedilər. Gör bir az böyük məbləğlər versələr, nələr tələb edərlər”.

Aktyor filmi kinoteatrda izləmək marağının az olmasına da münasibət bildirib:

“Kinoteatrlarda biletlərin qiyməti çox bahadır. Tələbələrin çoxu kinoya gedə bilmir. Gedənlər də valideynlərinin imkanı yaxşı olanlardır. Kino da bir biznesdir, ondan pul qazanılmalıdır. Amma kinonu kütləviləşdirmək daha yaxşı variantdır. Bileti 8 manata deyil, 3 manata satmaq lazımdır. Belə olanda filmə baxmağa 10 min nəfər yox, 100 min nəfər gələcək”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv