Qırğızıstanda 7 avtomobil qar uçqununa düşdü

Qırğızıstanda 7 avtomobil qar uçqununa düşdü






presstv

"Presstv"az #avtobus, #avtomobillər, #Hadisə, #Qar uçqunu, #Qırğızıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğızıstanın strateji Bişkek-Oş avtomobil yolunda 7 avtomobil qar uçqununa düşüb.

presstvaz   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Çuy ​​vilayətinin Jayıl rayonunda, Bişkek-Oş avtomobil yolunun 132-ci kilometrliyində həcmi təxminən 3500 kubmetr olan qar uçqunu altı minik avtomobilini, həmçinin bir “Sprinter” mikroavtobusunu vurub. Nəqliyyat vasitələrindən biri tamamilə qarın altında qalıb”, – məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qar altında qalmış avtomobildən 4 nəfəri çıxarıblar. Zərərçəkənlər arasında huşunu itirmiş qadın da var. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər avtomobillərdə olan sürücülər və sərnişinlər özləri maşınlarından düşə biliblər.

Mətbuat xidmətindən əlavə ediblər ki, hazırda hadisə yerində yolun təmizlənməsi üçün aktiv iş aparılır. “Aral” və “Sosnovka” keçid məntəqələrində avtonəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv