ABŞ-də superağıllı süni intellektə 500 milyard dollar sərmayə ayrıldı

ABŞ-də superağıllı süni intellektə 500 milyard dollar sərmayə ayrıldı






presstv

"Presstv"az #Ağ Ev, #Dollar, #Donald Tramp, #OpenAI, #Oracle korporasiyası, #SoftBank konqlomeratı, #Stargate layihəsi, #Süni intellekt, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də ağıllı neyron şəbəkələrini inkişaf etdirəcək superkompüterin yaradılması üçün 500 milyard dollar ayrılıb. Bunun üçün “OpenAI” süni intellekt tərtibatçısı, Yaponiyanın “SoftBank” konqlomeratı və ABŞ-nin “Oracle” proqram nəhəngi güclərini birləşdirirlər. “Stargate” adlanan layihənin məqsədi yeni nəsil süni intellektin inkişafıdır.

presstvaz-ın “Vzqlyad”a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri Donald Tramp elan edib.

Onun sözlərinə görə, üç şirkətin hər biri 100 milyard dollar ilkin sərmayə qoyacaq və növbəti illərdə layihəyə ümumi investisiya həcmi yarım trilyon dollara çatacaq.

“Stargate” süni intellekt sahəsində inqilabi nailiyyətləri dəstəkləmək üçün fiziki və virtual infrastrukturun yaradılması ilə məşğul olacaq. Ölkəboyu böyük data mərkəzlərinin tikintisi planlaşdırılır, bu isə ABŞ-də 100 000-dən çox iş yeri deməkdir.

İlk 100 milyard dollarlıq tranş dünyanın ən böyük data mərkəzinin tikintisinə yönəldiləcək. Mərkəz Texasda yerləşəcək və burada “OpenAI” superkompüter üzərində işləyəcək.

Ağ Evdəki tədbirdə hər üç iştirakçı şirkətin rəhbərləri iştirak edib. Onlar süni intellektin səhiyyənin təkmilləşdirilməsi və bəşəriyyətin ən mürəkkəb problemlərinin həlli üçün böyük potensialını vurğulayıb.

Adları hələ açıqlanmayan digər investorların da təşəbbüsə qoşulması gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv