Çində insanlar və insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçiriləcək

Çində insanlar və insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçiriləcək






presstv

"Presstv"az #Çin, #Humanoid robotlar (İnsanabənzər robotlar), #Qocalma, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin həm insanların, həm də insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafona ev sahibliyi edəcək.

presstvaz   xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Marafon aprel ayında Pekində keçiriləcək. Yarışda 20-dən çox şirkətdən 12 minə yaxın insan və onlarla robot iştirak edəcək. Onlar 21 km məsafə qət edəcək və ən sürətli üç idmançıya veriləcək mükafatlar uğrunda mübarizə aparacaqlar.

Tədbir Pekinin İqtisadi və Texnoloji İnkişaf Zonasında, həmçinin “E-Town” kimi tanınan ərazidə baş tutacaq. Bu, Daksin bölgəsində yüksək texnologiyalı innovasiyaları dəstəkləyən müxtəlif sənaye parklarının yerləşdiyi sənaye zonasıdır.

Yarımmarafonun təşkilatçıları ümid edirlər ki, qarışıq yarış konsepsiyası Çinin süni intellekt və robot texnikasını inkişaf etdirmək səylərini əks etdirəcək. Çin bu yüksəktexnologiyalı sənayelərdə ABŞ ilə rəqabət aparmağa və onların köməyi ilə əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsinin öhdəsindən gəlməyə ümid edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv