COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı – Tədqiqatda heyrətə salan nəticələr

COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı – Tədqiqatda heyrətə salan nəticələr






presstv

"Presstv"az #Araşdırma, #COVID-19, #Depressiya, #Koronavirus, #Rusiya, #Sağlamlıq, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“COVID-19 keçirmiş insanlar sağalmasına şübhə etməməlidirlər, əks halda psixosomatik pozğunluqlar güclənə bilər”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Cənubi Ural Dövlət Universitetinin alimləri bəyan ediblər.

Tədqiqatda onlarla regiondan 10 mindən çox insan iştirak edib. Onların cins, yaş, təhsil səviyyəsi, COVID-19 xəstəlik tarixi, öz sağlamlıq vəziyyətinin qiymətləndirməsi, infeksiyadan qorxu və bəzi digər xüsusiyyətləri nəzərə alınıb.

Tədqiqat iştirakçılarının yalnız 16.8%-də koronavirus izsiz keçib.

Araşdırma zamanı məlum olub ki, öz sağlamlığına şübhə edən insanlarda somatik simptomlar ağırlaşıb. Əksəriyyətində mədə-bağırsaq problemləri, bel, ətraf və oynaq ağrıları, başağrıları, gücsüzlük, yuxusuzluq, başgicəllənmə və təngnəfəslik müşahidə olunub.

Maraqlıdır ki, postkovid stresinə qadınlar daha çox meyilli olublar – onlar narahatlıq, tənhalığa meyillilik və depressiya simptomları barədə daha çox məlumat veriblər.

Alimlər vurğulayıblar ki, əldə edilən məlumatlar xəstəliyi keçirənlərin reabilitasiyası üçün psixoloqların tövsiyələrinin əsasını təşkil edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv