Evlərdəki TƏHLÜKƏ: Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar?

Evlərdəki TƏHLÜKƏ: Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar?






presstv

"Presstv"az #Kommunal xidmət, #qaz sızması, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar dəm qazından zəhərlənmələr tez-tez baş verir. Mənzillərdə və fərdi evlərdə qaz sızmasından partlayışlar da az deyil.

Mütəxəssislər bildirirlər ki, bu kimi halların qarşısını əvvəlcədən almaq mümkündür. Söhbət qaz sızması, dəm qazı barədə öncədən xəbər verən detektor cihazlarından gedir. Ekspertlər bildirirlər ki, hətta bəzi ölkələrdə bu cihazlardan istifadə məcburidir.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.

Ancaq vətəndaşlar nədənsə belə cihazların quraşdırılmasına maraq göstərmirlər.

Mütəxəssislər bildirirlər ki, qaz detektorları qaz sızıntısını erkən aşkar edərək, təhlükə yaranmadan öncə tədbir görməyə imkan yaradır. Qaz detektorlarında yerləşən sensorlar havadakı qaz konsentrasiyasını ölçür. Qaz müəyyən həddi keçdikdə detektor səsli və ya vizual siqnal ilə xəbərdarlıq edir. Bəzi modellər isə havalandırma sistemlərini avtomatik işə salır və ya mənzilə verilən mavi yanacağı bağlayır. Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, detektor cihazları fərdi evlər, mənzillərlə yanaşı, zirzəmilərdə də quraşdırıla bilər.

Ətraflı süjetdə:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv