“Survivor”da qorxu dolu anlar: İştirakçı bir anda köpəkbalıqlarının mühasirəsinə düşdü

“Survivor”da qorxu dolu anlar: İştirakçı bir anda köpəkbalıqlarının mühasirəsinə düşdü






presstv

"Presstv"az #Adem Kılıçcı, #Survivor yarışı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə populyar verilişlərdən olan “Survivor” yarışının yeni bölümündə qorxu dolu anlar yaşanıb. Belə ki, iştirakçı Adem Kılıçcı bir anda özünü köpəkbalıqlarının əhatəsində görüb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə onun özü danışıb.

Məlum olur ki, aclıqla mübarizə aparan Adem oyun şərtlərinə uyğun bir köpəkbalığının arxasınca düşüb, ancaq ov etmək istəyərkən şikar olmaq təhlükəsi ilə üzləşib – bir anda beş-altı köpək balığı tərəfindən əhatələnib.

“İlk dəfə suyun içində bir köpəkbalığının mənə tərəf gəldiyini hiss etdim. Həm qorxdum, həm də acmışdım. Bir az qorxu, bir az cəsarət, ikisi qarışıq bir şey oldu…” – deyə o, hisslərini bölüşüb.

Adem toru atacağı təqdirdə köpəkbalığının onu torla birlikdə sürükləyəcəyindən çəkindiyini bildirib.

“Ömrümdə ilk dəfə köpəkbalıqları ilə bu qədər yaxın bir təcrübə yaşadım. Adrenalinin zirvədə olduğu dəqiqələr idi”, – deyə olanlar barədə danışıb.

O, buna baxmayaraq, toru atmağı və yoldaşlarının köməyi ilə balığı tutmağı düşündüyünü bildirib. Ancaq Ademin tərəddüddə olduğu müddətdə köpəkbalıqları üzüb gediblər, iştirakçı ovsuz qayıdıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv