Klubların dünya reytinqi açıqlanıb – “Qarabağ” 14 pillə geriləyib

Klubların dünya reytinqi açıqlanıb – “Qarabağ” 14 pillə geriləyib






presstv

"Presstv"az #"Real Madrid", #Araz-Naxçıvan, #Azərbaycan, #Futbol, #Neftçi, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Klubların dünya reytinqi açıqlanıb, təmsilçimiz “Qarabağ” mövqeyini qoruya bilməyib.

presstvaz   xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlində planetin 701 ən yaxşı komandası yer alıb.

2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı yeddi klub təmsil edib.

“Qarabağ” 168,7 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.

99,5 xalla 208-ci olan “Zirə” 11 pillə irəliləyib.

Doqquz pillə önə keçən “Sabah” 62,25 xalla 400-cüdür.

“Turan Tovuz” 53,75 xalla iki addımlıq irəliləyişlə 494-cü yerdədir.

“Neftçi” 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.

Altı pillə irəliləyən “Sumqayıt” 48 xalla 567-cidir.

“Araz-Naxçıvan” 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.

Qeyd edək ki, cədvələ 441 xalla “Real Madrid” başçılıq edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv