Gürcüstanlı futbolçu rəsmən PSJ-də

Gürcüstanlı futbolçu rəsmən PSJ-də






presstv

"Presstv"az #Fransa, #Futbol, #Gürcüstan, #İngiltərə, #İtaliya, #Napoli FK, #PSJ, #Xviça Kvaratsxeliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.

presstvaz   xəbər verir ki, bunu paytaxt təmsilçisinin Mətbuat Xidməti bildirib.

“Pari Sen-Jermen” Xviça Kvaratsxeliya ilə müqavilə bağlandığını məmnuniyyətlə elan edir. 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq”, – mətbuat xidməti diqqətə çatdırıb.

Razılaşmaya görə, “Dinamo Tbilisi”nin yetirməsi 2029-cu ilin iyun ayınadək PSJ-də top qovacaq.

İtaliyalı insayder Fabritsio Romano “qırmızı-mavilər”in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Kvaratsxeliya İngiltərənin “Liverpul” klubunun da maraq dairəsində idi.

Yanvarın 13-də italiyalı jurnalist Nikolo Şira futbolçunun 75 milyon avroya PSJ-yə keçəcəyini açıqlamış, müqaviləsinin 2029-cu ilədək olacağını əvvəlcədən anons etmişdi. Yanvarın 16-da Kvaratsxeliya “Napoli” ilə vidalaşmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv