İqtisadiyyat Nazirliyində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

İqtisadiyyat Nazirliyində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib






presstv

"Presstv"az #20 Yanvar - Ümumxalq Hüzn Günü, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Milli Məclis, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

presstvaz   xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edərək qeyd edib ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. O, 20 Yanvarın 1990-cı il tarixində xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvolu olduğunu bildirib. 20 Yanvar hadisələrində Azərbaycanın qəhrəman oğul və qızları canlarından keçərək SSRİ rəhbərliyinin apardığı ədalətsiz və qərəzli imperiya siyasətinə etirazlarını bildiriblər. Millət vəkili vurğulayıb ki, yanvarın 22-də, Bakıda fövqəladə vəziyyətə baxmayaraq, yüz minlərlə insan 20 Yanvar şəhidləri ilə vidalaşmaq üçün şəhərin mərkəzinə toplaşıb və Azadlıq meydanında izdihamlı mitinq keçirilib. Bu, haqq-ədalət, azadlıq, ərazi bütövlüyü və suverenlik uğrunda ümumxalq hərəkatının bariz nümunəsi olub.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov da tədbirdə çıxış edərək qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi yazılıb. O, bu faciənin Azərbaycan xalqının iradəsinin sarsılmazlığını bir daha sübut etdiyini bildirib. Sahib Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdiyini və faciəni törədənlərin əməllərini gizlədə bilmədiklərini qeyd edib. 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olub.

Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımız bir yumruq kimi birləşərək suverenliyini bərpa edib. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin uğurla həyata keçirilməsi bu birliyi daha da gücləndirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz bərpa olunub.

Tədbirdə, həmçinin 20 Yanvar hadisələri barədə İctimai Televiziyanın hazırladığı film nümayiş etdirilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv