Cənubi Koreyada təyyarə qəzasıyla bağlı maddi sübutlar tapılıb

Cənubi Koreyada təyyarə qəzasıyla bağlı maddi sübutlar tapılıb






presstv

"Presstv"az #Cənubi Koreya, #Gəmi, #Jeju Air təyyarəsinin qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyada qəzaya uğrayan “Jeju Air” aviaşirkətinin təyyarəsinin mühərriklərində quş lələkləri tapılıb.

presstvaz  -ın məlumatına görə, bu barədə “MBN” telekanalı məlumat yayıb.

Xəbərə əsasən, sərnişin təyyarəsinin hər iki qanadaltı mühərriklərində bütöv quş lələkləri və fraqmentlər tapılıb. Telekanal buna əsaslanaraq təyyarəyə quşların çırpılması versiyasının tam təsdiqləndiyi qənaətinə gəlib.

Qəzanın səbəblərini araşdıran komissiya, həmçinin lələklər və qan ləkələri də daxil olmaqla 17 nümunənin tədqiqatını aparan bioloji instituta müraciət edib.

Bundan əvvəl “Jeju Air” təyyarəsinin hər iki “qara qutu”sunun təyyarə hava limanının beton hasarına çırpılmasına 4 dəqiqə qalmış qeydiyyatı dayandırdığı məlum olub. Həmin vaxt təyyarənin pilot kabinəsində diktofonlar da işləməyi dayandırıb.

Xatırladaq ki, dekabrın 29-da Banqkokdan uçan “Jeju Air” aviaşirkətinin “Boeing 737” təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı layner uçuş-eniş zolağından kənara çıxıb və beton hasara çırpılıb, daha sonra partlayıb. Hava gəmisi demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv