Keyfiyyətli və təhlükəsiz bal hansıdır?

Keyfiyyətli və təhlükəsiz bal hansıdır?






presstv

"Presstv"az #Arıçılıq, #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #Bal arısı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində istehlaka yararsız 1 560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib.

Bu məhsulların laborator analizləri zamanı təbii olmadığı, keyfiyyətinin aşağı olduğu, həmçinin tələblərə uyğun saxlanılmadığı məlum olub.

Oxu.Az-ın Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məlumatına istinadən bildirir ki, laboratoriyada balın analizləri zamanı bir çox vacib göstəricilərə diqqət yetirilir. Balın təbiiliyi, saxlanma və emal şəraiti, həmçinin arıçılıqda istifadə olunan pestisidlərin təsiri qiymətləndirilir.

İlk növbədə balda prolinin səviyyəsi yoxlanılır. Bu amin turşusunun səviyyəsi yüksək olan məhsul təbii və keyfiyyətli hesab edilir. Çünki prolin balın təbii olduğunu göstərən əsas göstəricilərdən biridir və məhsulun saflığını təsdiqləyir.

Balın həm təbii, həm də təzə olub-olmadığını müəyyənləşdirmək üçün məhsulun fermentativ aktivliyini ölçən diastaza ədədinin müayinəsi aparılır. Əgər diastaza ədədi aşağıdırsa və ya mövcud deyilsə, bu, balın qeyri-təbiiliyini və ya keyfiyyət göstəricilərinin normaya uyğun olmadığını göstərə bilər.

Balın saxlanma və emal şəraitini göstərən kimyəvi göstərici olan hidroksimetilfurfuralın (HMF) da müayinəsi həyata keçirilir. Bu göstəricinin yüksək olması məhsulun uzun müddət düzgün saxlanmadığını və ya təbii xüsusiyyətlərini itirdiyini göstərir.

Balın arıçılıqda istifadə edilən pestisid olan amitrazla bağlı müayinələri də aparılır. Amitraz düzgün və təlimata uyğun istifadə edildikdə arı ailələrini qorumağa kömək göstərir. Lakin balda qalıq miqdarı qalarsa, bu, insan sağlamlığı üçün risk yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, laboratoriyalarda müayinə olunaraq müvafiq tələblərə cavab verdiyi təsdiqlənən, keyfiyyətli və təhlükəsiz bal insan orqanizmi üçün çox faydalıdır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv