ABŞ-nin üç keçmiş prezidenti Trampın andiçmə ziyafətində iştirak etməyəcək

ABŞ-nin üç keçmiş prezidenti Trampın andiçmə ziyafətində iştirak etməyəcək






presstv

"Presstv"az #Donald Tramp, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin keçmiş liderləri – 42-ci prezident Bill Klinton, 43-cü prezident kiçik Corc Buş və 44-cü prezident Barak Obama yanvarın 20-də Donald Trampın andiçməsi ilə bağlı təşkil olunan nahar yeməyində iştirak etməyəcəklər.

presstvaz-ın xəbərinə görə, bu barədə “NBC” teleşirkəti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Obama və Klinton artıq nahar yeməyinə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da eyni şəkildə tədbirə qatılmaqdan imtina edib. Kiçik Buşun nümayəndələri isə onun dəvət alıb-almadığından xəbərsiz olduqlarını bildiriblər.

Bununla belə, hər üç keçmiş prezident Trampın yanvarın 20-də andiçmə mərasimində iştirak edəcək. Adətən yeni dövlət başçısının andiçmə mərasimində çıxışından sonra səlahiyyət müddəti başa çatan prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra andiçmə ilə bağlı nahar yeməyinin təşkil olunduğu Kapitoliyə qayıdır, hansı ki, bu ənənənin əsası 1953-cü ildə ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən qoyulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv