Ukrayna dronu əvəzinə Rusiyaya məxsus helikopteri vuran zabitə hökm oxundu

Ukrayna dronu əvəzinə Rusiyaya məxsus helikopteri vuran zabitə hökm oxundu






presstv

"Presstv"az #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin zabiti Krıma hücum zamanı Ukraynaya ordusuna məxsus PUA-nın əvəzinə Rusiya Aerokosmik Qüvvələrinin “Mil Mi-8” helikopterini vurmaqda təqsirli bilinib.

presstvaz bu barədə “Kommersant”a istinadən xəbər verib.

Belə ki, Krımda hava hücumundan müdafiə bölmələrindən birində operativ növbətçi komanda məntəqəsinin baş köməkçisi vəzifəsində çalışmış zabit İqor Paşkov ehtiyatsızlıqdan üç ekipaj üzvünün ölümünə səbəb olan insidentlə əlaqədar hakim qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə İ.Paşkov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Üstəlik İqor Paşkov Rusiya Müdafiə Nazirliyinə beş milyon, həlak olan ekipaj üzvlərinin dul arvadlarına isə üç milyon rubl təzminat ödəməli olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv