Mənzilini sığorta etdirməyənlər, cərimələnəcək – VİDEO

Mənzilini sığorta etdirməyənlər, cərimələnəcək – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər paytaxtda çoxmərtəbəli binalarda yaşayan bəzi vətəndaşlara bu tip məktublar gəlib.

presstvaz xəbər verir ki,bununla bağlı “Xəbər Ertəsi”nin qaynar xəttinə də foto göndərilib.

Bildirişdə qeyd olunub ki, Bakı şəhəri üzrə 1 illik xidmət haqqı 50 manatdır. Daşınmaz əmlak sığorta olunmazsa, sahibi 200 manatadək cərimələnə bilər. Yoxlamanın kimin edəcəyi və ya cərimənin hansı qurum tərəfindən tətbiq ediləcəyi ilə bağlı isə hər hansı məlumat qeyd olunmayıb.

Paytaxt ərazisində keçirdiyimiz sorğu zamanı aydın oldu ki, bəzi vətəndaşlar artıq mənzillərini icbari sığorta etdirib. Ancaq prosesdən xəbərsiz olanlar da az deyil.

Azərbaycan sığortaçılar Asosiassiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyir ki, vətəndaşlara bu cür bildirişlər adətən müstəqil sığorta şirkətləri tərəfindən göndərilir.

Onun sözlərinə görə, istər yaşayış, istərsə də qeyri yaşayış obyektləri icbari sığorta haqqında qanuna əsasən sığortalanmalıdır.

Emil Ağabağırov deyir ki, sığorta sistemini elektronlaşdırılması mülk sahibi ilə yanaşı müvafiq qurumların da işini asanlaşdırır.

Sığorta məsələləri üzrə mütəxəssis onu da əlavə edib ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tariflər paytaxt və regionlar üçün  30 manatdan 50 manata qədər dəyişir. Dəymiş zərərin ödənilməsi zamanı sığorta təminatı isə 15 – 25 min manat arasındadır.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv