Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı






presstv

"Presstv"az #Ağ Ev, #Co Bayden, #Humanitar yardım, #İran, #İsrail, #Livan, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.

presstvaz bildirir ki, APA-nın məlumatına görə, bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.

Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.

Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.

Ağ Ev rəhbəri xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.

“Bu, həm HƏMAS-ın üzləşdiyi ekstrimal təzyiqin və Livandakı atəşkəsdən sonra regiondakı qüvvələr arasında tarazlığın bərpası, habelə İranın zəifləməsi, eləcə də ABŞ-nin gərgin və israrlı diplomatiyası nəticəsində mümkün olub. Mənim bu istiqamətdəki diplomatik səylərim heç zaman dayandırılmayıb”.

Bayden həmçinin HƏMAS-ın hücumları nəticəsində həlak olanları və onların ailələrini, habelə girovluqda olan ABŞ vətəndaşlarını anıb, onların geri qaytarılacağını bildirib.

Prezident deyib ki, bu istiqamətdə planın təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv