Xronika: “Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları”

Xronika: “Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Qərbi Azərbaycan İcması (QAİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Alaçıq qaya erməni mənbələrində niyə “Alaçıx” göstərilir?” adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç toponimləri haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycanın bütün tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilər bir əsrdən çoxdur düşünülmüş şəkildə gizli planlar hazırlayıb həyata keçiriblər.

Alatala – Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan rayonu ərazisində qışlaq adıdır. 1960-cı ildə ləğv edilib.

Alaçıq daş – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun ərazisində qışlaq olub. XX əsrin 30-cu illərində ləğv edilib.

Alaçıq qaya – Şəmşəddil mahalının Dilican şəhərinin tabeliyində kənd adıdır. 1919-cu ilin martında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunan kənd sakinlərin bir hissəsi indiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra öz evlərinə qayıdıblar. Lakin 1988-ci ildə sakinlər yenidən ermənilərin təcavüzü nəticəsində doğma torpaqlarını tərk ediblər.

Alacan – Pəmbək mahalının Hamamlı, sonradan Spitak adlandırılan rayon ərazisində kənd olub və tamamilə dağıdılıb.

Albalaxaç – Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonda kənd olub və xarabalığa çevrilib.

Sonda vurğulanır ki, bu toponimlər də tarixin qatlarında gizlənən həqiqətləri üzə çıxaran sübutlardır: “Bu tarixi adlar Qərbi Azərbaycanda silinməyən türk möhürü olmaqla yanaşı, keçmiş, indi və gələcək arasında mədəniyyət yaradan bağlardır. Ona görə də əminik ki, tarixi ədalət gec-tez öz yerini tutacaq, ermənilərin uydurduğu qondarma yer adları əvvəlki adına qovuşacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv