Fuat Oktay Azərbaycan Prezidentinə başsağlığı verib

Fuat Oktay Azərbaycan Prezidentinə başsağlığı verib






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Bakı, #Hava Yolları, #İlham Əliyev, #Qazaxıstan, #Qroznı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

presstvaz   President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük.

Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv