POS-terminal əldə etmək istəyənlər obyekt kodunu necə almalıdırlar?

POS-terminal əldə etmək istəyənlər obyekt kodunu necə almalıdırlar?






presstv

"Presstv"az #Bakı, #Kartdan-karta köçürmə əməliyyatı (Card-to-Card), #POS-terminal, #Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaşların bəzisi icarəyə götürdüyü məkanın obyekt kodu olmadığına görə POS-terminal əldə edə bilmədiyini deyir. Onlar bildirirlər ki, kartdan-karta ödənişlər edərək qanun pozuntusuna yol vermək istəmirlər.

Maraqlıdır, bəs görəsən, vətəndaşlar obyekt kodunu necə əldə edə bilərlər?

presstvaz  bildirir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran vəkil Vamiq Şükürov bildirib ki, sahibkar fəaliyyət göstərdiyi məkanın onun mülkiyyətində olduğuna dair çıxarışı, icarədarıdırsa, notarial qaydada müqaviləsi olmalıdır:

“İlk olaraq vətəndaş seçdiyi məkanda fəaliyyət göstərməlidir. Həmin məkanın isə ona aid olduğuna dair ya çıxarışı olmalıdır, ya da icarədarı olduğunu təsdiqləyən notarial qaydada müqaviləsi olmalıdır. Obyekt kodu əldə etmək istəyən vətəndaş mülkiyyətin ona aid olduğuna dair çıxarışı və ya icarədarı olduğuna dair müqaviləni notarial qaydada təsdiq etməli, qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən ona obyekt kodu verilir. Sözügedən sənədlər olmadıqda isə bu kodun verilməsindən imtina edilir”.

Vəkilin sözlərinə görə, Bakı şəhərində mülkiyyət hüququ təsdiq edilməyən tikililər olduğu üçün bu proses asanlaşdırılmalıdır:

“Bir sıra şəxslərin fəaliyyət göstərdiyi obyektlərin çıxarışı, mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığına görə onun obyekt kodunu almaq üçün nə vergi orqanına çıxarış təqdim etmək olur, nə də ki, notarial qaydada icarə müqaviləsi bağlamaq olur. Ölkədə, xüsusən də Bakıda mülkiyyət hüququ təsdiq edilməyən tikililərin çox olması səbəbindən bu məsələlər nəzərə alınmalı və proses daha da asanlaşdırılmalıdır”.

V.Şükürov qeyd edib ki, kartdan-karta köçürmələr birbaşa qanunla qadağan edilməsə də, vergi orqanı bank əməliyyatlarını görmədiyinə görə bu tip ödənişləri qanunsuz hal sayır:

“Hər bir sahibkar vergi orqanında uçota alınır və ona VÖEN şəhadətnaməsi verilir. Bununla da onun bank hesabı vergi orqanında qeydiyyatdan keçir və həmin bank hesabı üzrə əməliyyatlar aparır. Əgər ödənişlər hər hansı bir vətəndaşın bank hesabı ilə kartdan-karta köçürülərsə, bu zaman sahibkarın daxil olan gəlirləri vergi orqanından gizlədilmiş ola bilər. Bəzi sahibkarlar bilərəkdən POS-terminaldan istifadə etməyərək vergidən yayınırlar, bu hallar da müəyyən edildikdə onlar cərimələnirlər. Bu hal birinci dəfə müəyyən edilərsə, 1000 manat, ikinci dəfə müəyyən edilərsə, 3000 manat, üç və daha çox aşkar edilərsə, 6000 manat cərimə yazılır”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv