Erməni politoloq ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqladı

Erməni politoloq ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqladı






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Donald Tramp, #Ermənistan, #Gürcüstan, #İsrail, #Təhsil, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur”.

presstvaz   Oxu.az-a istinadən bildirir ki,  bu barədə politoloq, Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan özünün sosial şəbəkə hesabından yazıb.

Onun sözlərinə görə, ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya kömək kimi silahla təmin etmir.

“Bu format Ermənistanda ABŞ hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur”, – deyə ekspert əlavə edib.

O xatırladıb ki, 2009-cu ildə ABŞ və Gürcüstan arasında da belə bir sənəd imzalanıb.

“Təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur. Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosial layihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir – söhbət çox güman ki, Ermənistanda ABŞ-nin kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək”, – deyə politoloq qeyd edib.

Əsas məsələlərdən biri də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır. Sarkisyan bunu ən çətin məsələ hesab etdiyini və bunun erməni diplomatiyasının işinin səmərəliliyindən asılı olacağına əminliyini vurğulayıb.

Qeyd edək ki, saziş bu gün axşam Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən imzalanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv