Diabetin müalicəsində inqilabi yenilik

Diabetin müalicəsində inqilabi yenilik






presstv

"Presstv"az #diabet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.

presstvaz oxu.az-a istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş şəxsə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.

Eksperimentdə iştirak edən xəstə immuniteti zəiflədən preparatlar qəbul etmədən bazuönü (dirsəklə bilək arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərərək insulin istehsal edib ki, bu da onların qəbul olunduğunu göstərir.

Tədqiqatın növbəti mərhələsi donor hüceyrələrin sayı məhdud olduğundan onların kütləvi istehsalı texnologiyasının hazırlanmasıdır. Əgər gələcək tədqiqatlar eyni dərəcədə uğurlu nəticələr göstərsə, yeni hüceyrə terapiyası 1-ci tip diabet üçün inqilabi müalicəyə çevrilə bilər. Onun 5-10 il ərzində geniş istifadə olunacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv