Alimlərdən mayonez barədə ciddi XƏBƏRDARLIQ

Alimlərdən mayonez barədə ciddi XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Tibb Elmləri Universiteti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tibb Elmləri Universitetinin alimləri Parkinson xəstəliyi ilə mayonez istehlakı arasında əlaqə olduğunu müəyyən ediblər.

presstvaz xəbər verir ki,baku.ws bildirir ki, tədqiqatın nəticələri Nutritional Neuroscience (NutNeuro) jurnalında dərc olunub.

Parkinson xəstəliyi dopamin istehsal edən neyronların itirilməsi nəticəsində yaranan xroniki və mütərəqqi nevroloji xəstəlikdir. Bu xəstəlik titrəmə, əzələ sərtliyi, hərəkətin ləngiməsi, tarazlıqda çətinliklərlə yanaşı, depressiya, yuxu pozğunluğu və idrak dəyişiklikləri ilə də müşahidə olunur.

Tədqiqatda 120 Parkinson xəstəsi və 50 sağlam insan iştirak edib. İştirakçılar 147 maddədən ibarət qida tezliyi sorğusunu dolduraraq, onların pəhrizlərində müxtəlif növ yağların miqdarı qiymətləndirilib.

Parkinson xəstəliyindən əziyyət çəkənlərin hidrogenləşdirilmiş bitki yağlarından daha çox istifadə etdiyi aşkar edilib.

Bu şəxslərin zeytun yağı və mayonez istehlakı daha yüksək olub.

Daha şiddətli simptomları olan xəstələrin daha çox heyvan mənşəli yağlar və kərə yağı istehlak etdiyi müəyyən edilib.

Lakin zeytun yağı, mayonez və hidrogenləşdirilmiş yağların istehlakının xəstəliyin simptomlarının şiddəti ilə birbaşa əlaqəsi tapılmayıb.

Alimlər bu tədqiqatın Parkinson xəstəliyinin qidalanma ilə bağlı aspektlərini daha yaxşı anlamağa kömək edə biləcəyini bildirirlər. Bununla belə, bu nəticələrin xəstəliyin qarşısının alınması və müalicəsi ilə bağlı yeni yanaşmaların inkişafına təsir göstərə biləcəyi vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv