Dünya şirkətləri işçilərini süni intellektlə əvəzləyir – Yüzlərlə adam işsiz qaldı

Dünya şirkətləri işçilərini süni intellektlə əvəzləyir – Yüzlərlə adam işsiz qaldı






presstv

"Presstv"az #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 41%-i 2030-cu ilə qədər süni intellektdən (Sİ) istifadə edərək iş tapşırıqlarını avtomatlaşdırmaq və işçi qüvvəsini azaltmaq niyyətindədir. Bu məlumat “Future of Work” tədqiqatının bir hissəsi olaraq, dünya üzrə yüzlərlə böyük şirkət arasında aparılan sorğuya əsaslanır.

presstvaz xəbər verir ki, CNN-in məlumatına görə, hesabatda qeyd olunur ki, sorğuda iştirak edən şirkətlərin 77%-i 2025-2030-cu illər arasında süni intellektlə əməkdaşlıq etmək üçün işçilərinin yenidən hazırlanması və bacarıqlarının artırılması üzrə planlarını açıqlayıb.

WEF-in vurğuladığına görə, süni intellekt və bərpa olunan enerji sektorlarının inkişafı əmək bazarında əhəmiyyətli dəyişikliklər yaradır. Bu, texnologiya mütəxəssislərinə olan tələbatı artırsa da, qrafik dizaynerlər kimi bəzi peşələrə olan ehtiyacı azaldır.

Hesabat göstərir ki, əmək bazarı texnologiyaların yüksəlişi ilə paralel olaraq yenidən formalaşır və işəgötürənlər yeni reallıqlara uyğunlaşmaq üçün həm avtomatlaşdırmaya, həm də insan potensialına investisiya etməyə hazırlaşırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv