Mingəçevirdə güclü partlayış səsi eşidildi – RƏSMİ AÇIQLAMA

Mingəçevirdə güclü partlayış səsi eşidildi – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Mingəçevir şəhəri, #Partlayış hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mingəçevir şəhərində eşidilən partlayış səsləri plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi ilə bağlıdır.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov bildirib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq. Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək”, – deyə Anar Eyvazov əlavə edib.

Mingəçevir şəhərində güclü partlayış olub.

presstvaz   xəbər verir ki, bu barədə şəhər sakinləri sosial şəbəkədə paylaşım ediblər.

Partlayış səsinin saat 16 radələrində eşidildiyi qeyd olunub.

Sözügedən partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv