Balaca Gülçinin anası: “Müalicə üçün hər şeyi satmışam, yardıma ehtiyacımız var”

Balaca Gülçinin anası: “Müalicə üçün hər şeyi satmışam, yardıma ehtiyacımız var”






presstv

"Presstv"az #Köməyə ehtiyacı olan insanlar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir yaş beş aylıq Gülçinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz  bildirir ki, bu barədə  Oxu.Az-a onun anası Ruhiyyə Cahangirova məlumat verib.

O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:

“Gülçin bir yaş beş aylıqdır, o, doğulduğu gündən qaraciyər çatışmazlığından əziyyət çəkir. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsaq da, bəzən buna maddi imkanımız çatmır. Bu günə qədər olan bütün müalicələri qızıllarımı sataraq, borc-xərc taparaq vaxtlı-vaxtında etmişik. İnanın, bu aydan o biri aya keçməyə borc alırıq, yoldaşım maaşını alır, qaytarırıq”.

Gənc ana Gülçindən başqa bir övladının da olduğunu deyib:

“Bizim Gülçindən başqa bir qızımız da var. Yoldaşım aylıq 600 manata sürücü işləyir. Onun maaşı ilə həm iki uşağı dolandırmaq, həm də müalicələrini etmək, inanın ki, bizim üçün artıq mümkünsüz olub. Həkimlər müalicələrin xeyri olmasa, Gülçinə qaraciyər köçürülməli olduğunu deyiblər. Tək dəyərli əmlakımız evimiz qalıb, əgər əməliyyata ehtiyac olsa, onu da satmağa hazırıq. Hazırda Gülçinin müayinə və müalicəsi üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 233-19-20.

Kapital Bank: 4169 7388 8073 5570.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv