Himalay Məmişov: “700 mindən çox şəxsin əməkhaqqısı artırılacaq”

Himalay Məmişov: “700 mindən çox şəxsin əməkhaqqısı artırılacaq”






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Sosial Müdafiə Fondu (DSMF), #Əmək pensiyaları haqqında, #Minimum əməkhaqqı, #Ortaaylıq əməkhaqqı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub. Ümumilikdə bu islahatdan 700 mindən çox şəxs yararlanacaq”.

presstvaz   xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov “DOST TV”nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, islahatdan yararlanacaq vətəndaşların 400 mini dövlət sektoru, 300 mini isə özəl sektorda fəaliyyət göstərənlərdir:

“Azərbaycanda minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin maaşlarının artırılmasına təsirini göstərir”.

H.Məmişov qeyd edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır ki, bu da 14%-lik artım deməkdir:

“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək”.

Sədr həmçinin vurğulayıb ki, müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

“Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”.

H.Məmişovun sözlərinə görə, tələbələrə dövlət dəstəyinin olması da daim diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.

“Bizim cari ildə üzərimizə düşən vəzifələrdən biri verilən tapşırıqların keyfiyyətlə, vaxtında, operativ yerinə yetirilməsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv