Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir

Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir






presstv

"Presstv"az #Aktau şəhəri, #Araşdırma, #Azərbaycan, #Bakı, #Braziliya, #İlham Əliyev, #Qazaxıstan, #Qroznı, #Rusiya, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “AZAL” sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə çıxışını işıqlandırıb.

presstvaz   AZƏRTAC-a istinadən xəbər verir ki, “Tengrinews.kz” Azərbaycan Prezidentinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı təqsirkarların cəzalandırılması tələbi ilə çıxış etdiyini və ictimaiyyətin araşdırmanın ilkin nəticələrini tezliklə öyrənəcəyini bəyan etdiyini yazır.

“Kaztag.kz” nəşri dövlət başçısının sözlərinə istinadən yazır ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının həlak olmasına görə məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. “Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, biz tam şəffaflıq və insani davranış tələb edirik”, – deyə nəşr Prezidentin sözlərini çatdırır.

“Zakon.kz” Prezident İlham Əliyevə istinadla təyyarənin “qara qutu”larının açılmasına başlanılması və fəlakətə görə günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı məlumat yayıb.

“Orda.kz” nəşri Azərbaycanın dövlət başçısının Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”larının açılmasında iştirakına qəti etirazı ilə bağlı sözlərinə istinadən qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliyada deşifrə edilmə səbəbini izah edib.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən “AZAL”ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv