Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), #Səbinə Əliyeva, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır.

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar – Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm” adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

presstvaz bildirir ki, bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təminatı, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv