Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib






presstv

"Presstv"az #"Real Madrid", #Futbol, #Xorvatiyalı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid” klubunun ulduz futbolçusu Luka Modriç əfsanəvi futbolçu Ferens Puşkaşın rekordunu yeniləyib.

presstvaz   xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.

O, La Liqanın XII turundan təxirə salınan matçında “Valensiya”nın (2:1) qapısına yol tapıb. Luka 39 yaş 116 günlüyündə fərqlənib. O, 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.

Bu matç Lukanın “Real”da 561-ci oyunu olub. O, bununla da klub tarixində ən çox oynayan 10 futbolçusu sırasına qoşulub.

Qeyd edək ki, “Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxan Luka beş dəqiqə sonra qol sevinci yaşayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv