Sirr açıldı? – ABŞ-də gecələr peyda olan və sakinləri qorxudan PUA-larla bağlı Livelsbergerin izahı

Sirr açıldı? – ABŞ-də gecələr peyda olan və sakinləri qorxudan PUA-larla bağlı Livelsbergerin izahı






presstv

"Presstv"az #Çin, #Dron - Pilotsuz uçuş aparatı (PUA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-nin şərq sahili üzərində görünən və çoxalan uçan naməlum obyektlər qravitasiya ilə idarə olunur. Belə texnologiyalara yalnız ABŞ və Çin malikdirlər”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Tesla Cybertruck”u partladan Metyu Livelsbergerin mediaya sızan elektron məktubunda qeyd olunub.

O, ABŞ-ni öz ekzotik silahlarını və texnologiyalarını gizlətməkdə günahlandırıb.

Məktubda xəbərdarlıq edilib ki, ölkə boyu müşahidə olunan dronlar, əslində, Pekinin gücünü nümayiş etdirmək məqsədilə Atlantik okeanı vasitəsilə buraxılan Çinin qravitasiya aparatlarıdır. Livelsberger bu dronların qeyri-məhdud yükqaldırma qabiliyyətinə malik olduğunu vurğulayaraq, onu milli təhlükəsizliyə görünməmiş təhlükə kimi təsvir edib.

O, Çinin ABŞ-nin şərq sahilinə hücuma hazırlaşdığı barədə gümanını da bölüşüb.

Xatırladaq ki, ABŞ-nin Nyu-Cersi də daxil olmaqla bir sıra ştatının sakinləri gecələr səmada onlarla dronun görünməsindən narahatlıqlarını bildiriblər. Yerli hökumətlər federal hökumətdən və hərbçilərdən baş verənləri araşdırmağı tələb ediblər. Lakin Pentaqon naməlum dronların uçuşlarında aşkar təhlükə görmədiyini və PUA-ların xarici dövlətlərə məxsusluğuna dair sübutların olmadığını vurğulayıb. Bununla belə, hadisələrin inkişafının izlənəcəyinə vəd verilib.

Yeri gəlmişkən, 18 ili Xüsusi Təyinatlı Qüvvələrdə olmaqla 19 ildən çox hərbi xidmətdə olan Livelsberger Yeni ilin ilk günlərində Las-Veqasda Trampın hotelinin yaxınlığında “Tesla Cybertruck”ı partladıb, özü də orada ölüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv