Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil

Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil






presstv

"Presstv"az #Ağ Ev, #Co Bayden, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində ABŞ bayrağı Cimmi Karterin vəfatı səbəbilə yarıya endiriləcək.

presstvaz-ın məlumatına görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.

Seçilmiş prezident qeyd edib ki, əgər bayraq yarıya endirilərsə, bu, ABŞ-də prezidentin andiçmə mərasimində ilk belə hal olacaq.

“Heç kim bunu görmək istəmir və heç bir amerikalı bundan xoşbəxt ola bilməz. Görək necə olacaq”, – deyə Tramp yazıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Ağ Ev bayraqların yarıya endirilməsi ilə bağlı qərarına yenidən baxmaq niyyətində deyil. Brifinq zamanı jurnalistlər ondan Prezident Co Baydenin qərarını dəyişmək ehtimalının olub-olmadığını soruşublar. Ağ Evin nümayəndəsi “Xeyr” deyə qısa cavab verib.

ABŞ-da bayraqlar siyasi xadimlərin və ya görkəmli şəxsiyyətlərin vəfatı ilə əlaqədar yarıya endirilir. Belə ki, 2024-cü ilin yayında Demokrat Partiyasından olan konqresmen Şeyla Linin xatirəsinə Kapitoli üzərindəki bayraqlar yarıya endirilmişdi.

Cimmi Karter bazar günü, dekabrın 29-da Corciyanın Pleyns şəhərindəki evində vəfat edib. O, 100 yaşında idi və ABŞ tarixinin ən uzunömürlü prezidenti olub. Karter həyatının son illərində qaraciyər və beyindəki bədxassəli şişlərlə mübarizə aparıb. Karter 1977-81-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv