Braziliyada AZAL təyyarəsinin qara qutuları araşdırılır

Braziliyada AZAL təyyarəsinin qara qutuları araşdırılır






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Braziliya, #Hava Yolları, #Qazaxıstan, #Qroznı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan və Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya çatıb.

presstvaz   xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı yazır.

Məlumata görə, ekspertlər artıq qeydiyyat qurğularından alınan məlumatları tədqiq etməyə başlayıblar. Proses Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir.

Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları qara qutulardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək.

Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də Braziliyadadır.

Nəşrin məlumatına görə, CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Onlar yekun təhqiqat hesabatına daxil ediləcək ki, bu hesabatın dərci Qazaxıstanın üzərinə düşür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv