Slovakiyanın baş naziri Ukraynanı hədələdi

Slovakiyanın baş naziri Ukraynanı hədələdi






presstv

"Presstv"az #Robert Fitso, #Slovakiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukraynanın Rusiya qazının tranzitini dayandırmasına cavab olaraq, Slovakiyanın hakim SMER-SD partiyası ukraynalı qaçqınlara yardımın azaldılmasını dəstəkləməyə hazırdır”.

presstvaz-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso “Facebook” səhifəsində videomüraciətində deyib.

“Biz elektrik enerjisinin verilişinin dayandırılması və Slovakiya ərazisində olan Ukrayna vətəndaşlarına dəstəyin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı koalisiyada müzakirələr aparmağa və razılığa gəlməyə hazırıq”, – deyə o bildirib.

Fitsonun sözlərinə görə, ölkə hökuməti, həmçinin, Kiyevin tranziti dayandırmaq qərarına “adekvat cavab” kimi görülə biləcək tədbirləri də müzakirə edəcək. Eyni zamanda, siyasətçi əlavə edib ki, respublika daxili istehlak üçün kifayət qədər qaz həcminə malikdir və onun qiyməti slovaklar üçün bu il artmayacaq.

“Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın dövlət maliyyəsini sabotaj etməyə və bütün Aİ-nin maliyyə maraqlarına zərbə vurmağa başlayıb. Slovakiya suveren ölkə olduğunu göstərməlidir”, – deyə Fitso vurğulayıb.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukraynadan tranzit yolu ilə Avropa İttifaqına nəqli dayandırılıb. Moskva razılaşmanın müddətini uzatmağa hazır olduğunu bildirsə də, Kiyev bundan imtina edib. Bu, “Şimal axını”nın partlamasından və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Rusiyadan qazın Mərkəzi Avropaya axdığı sonuncu xətdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv