Rusiyalı bloger Bakıda başına gələnlərdən yazdı – FOTO

Rusiyalı bloger Bakıda başına gələnlərdən yazdı – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı səyahət bloqeri Yelena Şatalova Bakıda olub.

presstvaz   “qafqazinfo”ya istinadən xəbər verir ki, o bu haqda “Dzen” platformasındakı bloqunda yazıb.

Bloqer əfsanəvi Bakını görmək, yerli mədəniyyət və məişətlə tanış olmaq üçün Azərbaycana gəldiyini bildirib: “Səfərim çox qısa idi, amma çox sayda insanla söhbətləşməyi çatdırdım. Çünki ilk bir neçə saatı şəhərdə gəzib Xəzər dənizi və sahilinin gözəlliyindən zövq alırdım, bu vaxt müxtəlif yaşlarda insanlar yaxınlaşıb haradan gəldiyimi soruşurdu”.

Y. Şatalova danışır ki, sakinlər onun rusiyalı olduğunu biləndə ürəkdən sevinir, rus dilində danışır və əllərindən gələn köməkliyi təklif edirdi: “Bakıda qısa gəzinti və yerli sakinlərlə ünsiyyətdən sonra başa düşüdüm ki, Azərbaycanda rusları sevirlər və Rusiyaya çox yaxşı münasibət bəsləyirlər. Bizi dost-yoldaş hesab edirlər, məncə, bu, elə belədir. Bir çox azərbaycanlıların qohumları Rusiyada yaşayır. Sakinlər qonaqpərvərliklərini göstərmək üçün əllərindən gələni edirlər ki, hər gələn özünü evindəki kimi hiss etsin”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv