Maaş və pensiyalar bu tarixdən yenə artacaq – ŞAD XƏBƏR

Maaş və pensiyalar bu tarixdən yenə artacaq – ŞAD XƏBƏR






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?

presstvaz   xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.
Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:

“Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun”.

İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:

“Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv