ABŞ-də vitse-prezidentliyə namizədin korteji qəzaya düşüb

ABŞ-də vitse-prezidentliyə namizədin korteji qəzaya düşüb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Viskonsin ştatında vitse-prezidentliyə namizəd Tim Uolzun kortejindən bir neçə avtomobilin iştirak etdiyi qəza baş verib, xəsarət alanlar var.

presstvaz   “WISN12” telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Uolzun kortejindən bir neçə avtomobil təxminən saat 12:57-də toqquşub (Bakı vaxtı ilə 22:57). Maşında olan əməkdaşlardan birinin qolu sınıb və həkimlər ona tibbi yardım göstərirlər” , – məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, avtomobillərdən biri qabaqdakı avtomobilə çırpılıb, sonra isə arxadan vurulub. Kortej Uolzun çıxış edəcəyi Miluokiyə gedirdi.

“Bir neçə jurnalistdə cızıqlar və qançırlar var. Bir kişinin burnundan qan axır, bir qadının beyin silkələnməsi şübhəsi var və təcili tibbi yardım almaq niyyətindədir” , – mətbuat xidməti əlavə edib.

Yerli “WISN12” telekanalının jurnalisti Mett Smitin “X”də verdiyi məlumata görə, qəzada yalnız media nümayəndələri və əməkdaşların olduğu avtomobillərə ziyan dəyib. Uolzun avtomobili də daxil olmaqla, kortejin qalan hissəsi vitse-prezidentliyə namizədin çıxışının baş tutacağı yerə yolunu davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv