Haaqada iğtişaşlar: Fövqəladə vəziyyət elan edildi

Haaqada iğtişaşlar: Fövqəladə vəziyyət elan edildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Eritreyadan olan miqrantlar Haaqa küçələrində polisə qarşı silahlı iğtişaşlar törədiblər.

Belə ki, onlar hüquq-mühafizə orqanlarının bir neçə avtomobilini yandırıblar. Qanun keşikçilərinə pirotexniki vasitələr, yol nişanları və hətta velosipedlərlə hücum olunub.

Hadisə şahidlərinin sözlərinə görə, icazəsiz aksiya iki əcnəbi qrup arasında baş verən və səbəbi məlum olmayan münaqişə nəticəsində başlayıb. Qarşıdurma kütləvi iğtişaşlara çevrilib. Dəyənəklərlə silahlanmış eritreyalılar mağazaları dağıdıblar və polisə hücum ediblər.

Buna cavab olaraq asayiş keşikçiləri xüsusi texnikadan istifadə etməli olublar. Şəhərin meri Yan Van Zanen təhlükəsizlik qüvvələrinə gözyaşardıcı qazdan istifadə etməyə icazə verib, eyni zamanda ərazidə fövqəladə vəziyyət elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv