Keçmiş polis əməkdaşının intiharının səbəbi məlum oldu

Keçmiş polis əməkdaşının intiharının səbəbi məlum oldu






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi sosial şəbəkə səhifələrində 2016-2020-ci illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Əyyubov Şahin Elçin oğlunun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

presstvaz-ın xəbərinə görə bununla bağlı DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.

İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib.

Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib.

Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv